Əsas məzmuna keç

Azərbaycanda hava kəskin dəyişir: Xəbərdarlıq

Azərbaycanda hava kəskin dəyişir: Xəbərdarlıq

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava...

en ru

Bakıda və yarımadasında mayın 8-i və gündüz saatlarında arabir yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…