Əsas məzmuna keç

Azərbaycanda güclü külək və çovğun davam edir

Azərbaycanda güclü külək və çovğun davam edir

Bakı və Abşeronda 28 m/s sürətli şimal-qərb yelləri əsir. Gülnarə Abbasova fevralın 5-dək şaxta və yolların buzlanacağı barədə xəbərdarlıq etdi. Son vəziyyət:

en ru

Azərbaycanda, xüsusilə yarımadasında güclü şimal-qərb küləyi , çovğun müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanun "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s-ə çatır.

Rəsminin sözlərinə görə, hazırda ölkə ərazisində mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşıb:

"Fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Eyni zamanda rütubətli Aralıq dənizi siklonu buludluluğu artıraraq , bəzi yerlərdə sulu qar və qar yağmasına gətirib çıxarıb. Fərqli hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosfer təzyiqi qradiyenti yüksəlib və qeyri-sabitlik müşahidə olunur".

Abbasova qeyd edib ki, şəraiti fevralın 5-i səhərədək davam edəcək. Onun sözlərinə görə, fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi yerlərində havanın minimal temperaturu 0-dan -2 dərəcəyə düşdüyü üçün yollarda buzlanma ehtimalı mövcuddur.

Bundan əlavə, bölgələrdə də intensiv yağıntılar gözlənilir. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ehtimalı yüksəkdir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…