Əsas məzmuna keç

Azərbaycanda fevralın 4-nə hava proqnozu açıqlanıb

Azərbaycanda fevralın 4-nə hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidməti Bakı və Abşeronda intensiv yağış, bölgələrdə isə sulu qar proqnozlaşdırır. Güclü külək və duman hansı ərazilərdə gözlənilir?

en ru

Fevralın 4-də Bakıda və yarımadasında hava arabir yağışlı olacaq, bəzi yerlərdə isə yağışın intensivləşəcəyi ehtimalı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı bölgələrdə və qara müşahidə oluna bilər. Proqnozlara əsasən, şimal-qərb küləyi gündüz ərzində güclü əsəcək.
Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758-767 mm civə sütunu arasında dəyişəcək, nisbi rütubət isə 80-90 faiz səviyyəsində olacaq.
Rayonlarda isə bəzi ərazilərdə qar və yağışın arabir müşahidə olunacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olma ehtimalı var, bəzi bölgələrdə isə duman əmələ gələcək. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə və gündüz temperaturu -2 dərəcədən +3 dərəcəyədək dəyişəcək.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…