Azərbaycanda çörək ucuzlaşıb

Azərbaycanda çörək ucuzlaşıb
28.10.2023 14:31
Aa
dəq

Azərbaycanda pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilib.

Oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qiymət enməsi müxtəlif mağazalar şəbəkələrində müşahidə olunur.

Xatırladaq ki, bu, il ərzində çörəyin qiymətində artıq 3-cü enmədir. Belə ki, cari ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə enmişdir. Beləliklə 650 qramlıq dairəvi (zavod) çörəyinin qiymətində il ərzində ümumilikdə 21.4% enmə olub.

Qiymət endiriminə dair cari vəziyyət belədir:

Müvafiq qiymət endirimi ən çox istehlak olunan 650 qramlıq dairəvi (ənənəvi) çörəyi əhatə etsə də, qiymət endiriminin nəticəsi olaraq növbəti mərhələdə digər çəkidə (aşağı çəkidə) olan dairəvi (ənənəvi) çörəklərin də qiymətlərinin düşəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Belə ki, cari ilin oktyabr ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 230.9 ABŞ dolları təşkil etmişdir ki, bu 2022-ci ilin oktyabr ayı (320.4 ABŞ dolları) ilə müqayisədə təqribən 28% aşağıdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.

Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytına (https://competition.gov.az/az/page/melumat-merkezi/information/un-istehsalcilarinin-topdansatis-menteqeleri-satis-qiymetleri-ve-is-vaxti-barede-melumat) istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26.40 manat - 28.50 manat aralığındadır.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40 manat – 40.15 manat aralığında təşkil edirdi.

Məlumat üçün bildiririk ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun olaraq formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.

Həftənin ən çox oxunanları

Müavinət, təqaüd, sosial yardım alanlara ŞAD XƏBƏR!

Müavinət, təqaüd, sosial yardım alanlara ŞAD XƏBƏR!
DAVAMIN OXU davamın oxu

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu