Əsas məzmuna keç

Azərbaycanda avtomobillərin icbari sığortasına dair qaydalar dəyişib

Azərbaycanda avtomobillərin icbari sığortasına dair qaydalar dəyişib

AMB sığorta haqları üçün yeni risk əmsalları müəyyənləşdirdi. Xüsusilə taksi fəaliyyəti göstərən sürücülər üçün qiymətlər necə dəyişəcək? Vacib detallar burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Mərkəzi Bankı (AMB) " vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası sahəsində Qaydalar"da dəyişikliklər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum sığorta bazarının davamlı və dayanıqlı inkişafı, sığorta xidmətlərinin istehlakçılarına qarşı ədalətli rəftarın gücləndirilməsi, sığorta xidmətlərinə ictimai etimadın gücləndirilməsi məqsədilə fəaliyyətlərini davam etdirir. Həyata keçirilən islahatlar çərçivəsində atılan addımlardan biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü (avto-icbari sığorta) üzrə sığorta haqlarının müəyyən olunması mexanizmlərinin təkmilləşdirilməsidir.

Avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı III şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.

Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən avtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətində istifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olması nəticəsində qəza riskinin artmasına səbəb olur. Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi avtonəqliyyat vasitələrinin III şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib.

Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiq edilməsi zərurətini yaradıb.

Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiq edilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarının tətbiq olunmasını əhatələndirir.

Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyən edilməsinə, sürücülük intizamının artırılmasına, III şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…