Operativ Məlumat Mərkəzi

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb

2 dəq
Paylaş:
Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb
bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ...

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 82,7manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4% çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 21,5% azdır.

İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 71,2% çoxdur.

3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb

Naxçıvanda 3 ulduzlu hotellərdə bir gecə qalmaqüçün 100 manata (+ 11 %), Astarada 86,3 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Lənkəranda 82,2 manata (-69,6 %), Bakıda 82,1 manata (+ 26,6 %), İsmayıllıda 75 manata (- 20,2 %), Gəncədə 73,1 manata (+ 40,5 %), Lerikdə 70 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Şəkidə 68,8 manata (+ 11,5 %), Qusarda 65,8 manata (- 27,6 %), Naftalanda 50 manata ( qiymət dəyişməyib), Mingəçevirdə 47manata (- 19,7 %), Qaxda 45 manata (- 17,7 %) , Oğuzda 40 manata (+ 11,1 %) başa gəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər