Əsas məzmuna keç

Azərbaycan və Türkiyə turizm əlaqələrini İstanbulda müzakirə etdi

Azərbaycan və Türkiyə turizm əlaqələrini İstanbulda müzakirə etdi

İstanbulda "Absheron Hotel Group" və Turizm Bürosu yeni layihələri açıqladı. Səyahətçi sayındakı 13%-lik artım və ölkəmizin işgüzar potensialı barədə ətraflı burada.

en ru

Martın 12-də İstanbul şəhərində Turizm Bürosunun Türkiyədəki rəsmi nümayəndəlik ofisinin “ Hotel Group” ilə əməkdaşlığı çərçivəsində Türkiyənin turizm sənayesi nümayəndələri üçün iftar süfrəsi təşkil edib.

Dövlət Turizm Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, tədbirdə Azərbaycanın turizm imkanlarını əks etdirən təqdimat nümayiş olunub.

İştirakçılara Azərbaycanın tədbirlər üçün mövcud infrastrukturu, eləcə də əhəmiyyətli konfrans və tədbirlərin keçirilməsi üzrə potensialı barədə ətraflı məlumat verilib.

İftar süfrəsi ilə davam edən görüşdə turizm sənayesi nümayəndələri ilə fikir mübadiləsi aparılıb və gələcək imkanları müzakirə edilib.

Qeyd edək ki, cari ilin fevral ayında Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 2025-ci ilin eyni ayı ilə müqayisədə 11% artaraq 34 829 nəfər təşkil edib. Ümumilikdə yanvar-fevral ayları ərzində Türkiyədən səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 71 365 nəfərə çatıb.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…