Əsas məzmuna keç

WUF13 öncəsi Bakıda hotellər üçün xüsusi hazırlıq proqramı təşkil olunub

WUF13 öncəsi Bakıda hotellər üçün xüsusi hazırlıq proqramı təşkil olunub

Dövlət Turizm Agentliyi Abşeronda yerləşmə vasitələri üçün təlimlər keçirib. Ümumdünya Şəhərsalma Forumu öncəsi xidmət və gigiyena standartları necə yüksəldiləcək? Oxuyun:

en ru

Dövlət Agentliyinin və Hotel Assosiasiyasının birgə təşkilatçılığı ilə 20-30 aprel tarixlərində Bakı şəhəri və rayonu üzrə yerləşmə vasitələrinin rəhbər heyəti üçün “Hotel idarəçiliyinin əsasları” mövzusunda maarifləndirici proqram təşkil olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, proqramın əsas məqsədi cari ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəyə gələcək qonaqların yüksək səviyyədə qarşılanmasını təmin etmək, eyni zamanda yerləşmə vasitələrinin idarəçilərinin peşəkar bilik və bacarıqlarını artırmaqla hotellərdə keyfiyyətinin, gigiyena və təmizlik standartlarının, eləcə də ümumi idarəetmə səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir.

Layihə çərçivəsində hotellərin rəhbər heyətinə sahə üzrə təcrübəli ekspertlər tərəfindən xidmət keyfiyyətinin artırılması, qonaq məmnuniyyəti göstəriciləri, davranış standartları, komanda idarəçiliyi, xidmət və ünsiyyət modelləri kimi mövzuları əhatə edən 3 modullu ödənişsiz maarifləndirici sessiyalar təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Turizm Bürosunun sədr müavini Rəşad , Sənayenin inkişafı departamentinin direktoru Nərmin Aktaş və Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova tərəfindən proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, yerli qonaqpərvərlik sənayesində xidmət keyfiyyətinin yüksəldilməsi, qonaq məmnuniyyətinin artırılması, yerli və beynəlxalq standartların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət mütəmadi olaraq davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…