Əsas məzmuna keç

Azərbaycanda 25 Çexiya şirkəti fəaliyyət göstərir

Azərbaycanda 25 Çexiya şirkəti fəaliyyət göstərir

Çexiyaya məxsus 25 şirkət Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Bu barədə nazir...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Çexiyaya məxsus 25 şirkət Azərbaycanda kənd təsərrüfatı, , , tikinti, və xidmət sahələrində fəaliyyət göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada bu ölkənin iş adamlarının iştirakı ilə keçirilmiş masada məlumat verilib.

Nazir iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir. 2011-ci ildə imzalanmış "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" birgə layihələr, həmçinin kapital axını üçün möhkəm hüquqi baza yaradır.

Görüşdə Çexiya ilə , nəqliyyat, sənaye, ticarət və digər istiqamətlər üzrə səmərəli əməkdaşlıq potensialı diqqətə çatdırılıb. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, Ələt azad iqtisadi zonası, sənaye parkları və azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılmış imkanlar, nəqliyyat-tranzit potensialı haqqında məlumat verilib, çexiyalı iş adamları fəal əməkdaşlığa dəvət olunub.

Tədbirdə Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Avropa İttifaqı və Xarici Ticarət Bölməsinin baş direktoru David Müller ölkəsinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini vurğulayıb. Müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq, o cümlədən, ölkələrimizin işgüzar dairələri arasında işbirliyinin gücləndirilməsi üçün geniş imkanlar qeyd olunub. Çex şirkətlərinin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğu bildirilib.

Dəyirmi masada işgüzar münasibətlərin təşviqi haqqında müzakirələr aparılıb.

Tədbirdə Çexiyanın “Chemoprojekt”, “Czechoslovak Group”, “Mavel”, “Omnipol”, “Shkoda”, “TES VSETIN”, “VSL Group Activities” şirkətlərinin fəaliyyəti və istehsal etdiyi məhsullara dair təqdimatlar keçirilib, suallar cavablandırılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…