Əsas məzmuna keç

Azərbaycan XİN zəlzələ qurbanlarını andı

Azərbaycan XİN zəlzələ qurbanlarını andı

Rəsmi Bakı 6 fevral faciəsinin qurbanlarını andı. 53 mindən çox insanın həyatına son qoyan dəhşətli təbii fəlakətlə bağlı Türkiyəyə dəstək bəyanatı yayıldı.

en ru

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin bölgəsində baş vermiş dağıdıcı zəlzələnin ildönümü münasibətilə paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paylaşım XİN-in rəsmi hesablarında dərc olunub.

Nazirliyin açıqlamasında bildirilib ki, Kahramanmaraşda baş verən ağır zəlzələ minlərlə insanın həyatına son qoyub, genişmiqyaslı dağıntılara səbəb olub və bu faciə dərin izlər buraxıb:

“Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik. dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və bu ağrını öz ağrısı kimi bölüşür”.

Paylaşımda, həmçinin qardaş dövlətinə və xalqına daim rifah, firavanlıq və əmin-amanlıq arzulanıb.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində ardıcıl olaraq 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. nəticəsində 53 mindən çox insan həlak olub, on minlərlə bina dağılıb. Dağıdıcı zəlzələlərdən üç il ötür.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…