Əsas məzmuna keç

Azərbaycan vətəndaşları Azovda həlak oldu: XİN məlumat yaydı

Azərbaycan vətəndaşları Azovda həlak oldu: XİN məlumat yaydı

Rusiya Federasiyasının Azov şəhərində baş verən faciəvi hadisə ilə bağlı Xarici İşlər Nazirliyi rəsmi açıqlama verdi. Həlak olan soydaşlarımızın şəxsiyyəti və insidentin təfərrüatları məlum olub.

en ru

dənizində mayın 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində beş vətəndaşı ölüb, üçü yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, heyətdə ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olub:

"Sözügedən xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər".

Məlumatda qeyd olunub ki, hazırda, məsələ ilə bağlı XİN tərəfindən aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir:

"Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…