Əsas məzmuna keç

Azərbaycan və UN-Habitat sənəd imzaladı

Azərbaycan və UN-Habitat sənəd imzaladı

Paytaxtda şəhərsalma üzrə yeni əməkdaşlıq sənədi təsdiqləndi. Ümumdünya Forumunun normaları ölkədə reallaşacaq. Dayanıqlı inkişaf üçün atılan addımın detalları burada:

en ru

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, mərasim İlham Əliyevin mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbulundan sonra baş tutub.

Sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax imzalayıblar.

Bildirilib ki, gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…