Əsas məzmuna keç

Ceyhun Bayramov İsrail XİN rəhbərini sülh gündəliyi barədə məlumatlandırıb - YENİLƏNİB

Ceyhun Bayramov İsrail XİN rəhbərini sülh gündəliyi barədə məlumatlandırıb - YENİLƏNİB

8 aprel 2025-ci il tarixində Respublikasının naziri Əbu-Dabi şəhərində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu qeyd olunub.

Tərəflər, habelə, yüksək texnologiyalar, səhiyyə və təhsil sahələrindəki təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ölkəmizin, Yaxın Şərq regionunda sülh və sabitliyin bərqərar edilməsini, o cümlədən İsrail-Fələstin münaqişəsinin hüquq normaları əsasında sülh yolu ilə həlli prosesini dəstəklədiyi bir daha qeyd olunub.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan- sülh prosesi barədə ətraflı məlumatlandırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bildirib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə etdiyini vurğulayıb.

İsrailli nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir.

“Onları gücləndirməyə davam edəcəyik!”, - Gideon Saar əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…