Əsas məzmuna keç

Azərbaycan və Ermənistanın növbəti görüşü harada keçiriləcək?

Azərbaycan və Ermənistanın növbəti görüşü harada keçiriləcək?

Sərhəd delimitasiyası üzrə Şahin Mustafayev və Mher Qriqoryanın yeni iclası Ermənistanda baş tuta bilər. Qəbələdən sonrakı müzakirələrin son detalları bəllidir.

en ru

və dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının növbəti görüşü yaxın zamanda keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Sputnik-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan-Azərbaycan " körpüsü" təşəbbüsünün iştirakçısı Narek Minasyan bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki görüş Azərbaycan ərazisində baş tutduğu üçün növbəti görüşün Ermənistanda keçirilməsi planlaşdırılır.

"Yaxın vaxtlarda iki ölkənin sərhədin demarkasiyası üzrə komissiyalarının görüşü planlaşdırılır. Nəzərə alsaq ki, əvvəlki görüş Azərbaycan ərazisində keçirilib, növbəti görüş çox güman ki Ermənistanda baş tutacaq".

Xatırladaq ki, sərhədlərin delimitasiyası üzrə komissiyaların əvvəlki görüşü 2025-ci il noyabrın 28-də Qəbələ şəhərində keçirilib. İclasa Azərbaycanın Baş nazirinin müavini Şahin və Ermənistanın Baş nazirinin müavini Qriqoryan sədrlik edib.

Qeyd edək ki, Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 13-14 fevral tarixlərində ikitərəfli dəyirmi masa təşkil olunub. Görüşdə Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə 19 nəfər daxil olub, Ermənistan tərəfindən isə qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi təmsil olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…