Operativ Məlumat Mərkəzi

Azərbaycan və ADB torpaqların təyinatına uyğun istifadəsini müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan və ADB torpaqların təyinatına uyğun istifadəsini müzakirə edib
Asiya İnkişaf Bankının (ADB) nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları...

Asiya İnkişaf Bankının (ADB) nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə dövlət-özəl əməkdaşlıq layihələri, torpaqların təyinatına uyğun istifadəsi və qiymətləndirilməsi, sənaye zonalarının yaradılması ilə bağlı torpaqların müəyyənləşdirilərək ayrılması, inşaat sektorunun inkişafı, yaşıl binalarının tikilməsinin əhəmiyyəti və digər məsələlər müzakirə edilib. Məqsəd sadalanan sahələrdə innovativ texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin ekoloji dayanıqlılığının təmin edilməsi ilə bağlı əməkdaşlıq imkanlarının müəyyən edilməsi və gələcəkdə inkişaf etdirilməsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər