Operativ Məlumat Mərkəzi

Azərbaycan və İran nəqliyyat sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb

1 dəq
Paylaş:
Azərbaycan və İran nəqliyyat sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlikdən bildirilib.

Görüşdə dəmir yolu və avtomobil nəqliyyatı sahəsində ölkələrimiz arasındakı mövcud əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda tranzit imkanlarının artırılması, infrastrukturun təkmilləşdirilməsi istiqamətində gələcək birgə fəaliyyət, logistika və nəqliyyat əməliyyatlarının təkmilləşdirilməsi, sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsi, yük daşımalarının sürətləndirilməsi və əməliyyatların rəqəmsallaşdırılması kimi mövzular barədə fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər