Əsas məzmuna keç

Azərbaycan ərazisindən Rusiyadan Ermənistana yeni tranzit başlayır

Azərbaycan ərazisindən Rusiyadan Ermənistana yeni tranzit başlayır

Rəsmi İrəvan və Moskva arasında yeni logistika razılaşması gündəmdədir. Yükdaşımaların ölkəmizin ərazisindən keçməsi regionda hansı dəyişikliklərə yol açacaq?

en ru

Son yeniləmə ·

ərazisindən keçməklə Ermənistana buğdası daşıyan yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

İlk xəbər

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Report" xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Xatırladaq ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…