Əsas məzmuna keç

Azərbaycan ərazisindən Rusiyadan Ermənistana taxıl daşınacaq

Azərbaycan ərazisindən Rusiyadan Ermənistana taxıl daşınacaq

Rusiya və İrəvan arasında taxıl daşınması üçün yeni marşrut müəyyənləşib. Azərbaycan ərazisindən keçəcək logistika layihəsinin detalları və şərtləri bəlli olub.

en ru

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa " Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox , 9 min yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…