Əsas məzmuna keç

Bakı-Tbilisi sərnişin qatarı təyinat nöqtəsinə çatıb

Bakı-Tbilisi sərnişin qatarı təyinat nöqtəsinə çatıb

Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanması ilə bağlı rəsmi mərasim keçirilib.

en ru

Bakıdan ötən gün saat 23:10-da yola düşən sərnişin səfərini başa vuraraq saat 09:04-də Tbilisi Dəmir Yolu Vağzalına çatıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, qatarın qarşılanması üçün təntənəli tədbir təşkil olunub.

Mərasimdə Gürcüstanın və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, " Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər.

Bu səfərlə altı illik fasilədən sonra Bakı-Tbilisi marşrutu üzrə qatar əlaqəsi bərpa edilib. Qeyd edək ki, qatar Tbilisidən bu gün saat 21:00-da geri qayıdacaq və sabah saat 06:24-də Bakıya çatacaq.

Qatar cədvəli

06:20 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…