Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan iki təyyarə göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb.
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək - 29.12.2025
Qeyri-neft-qaz sektorunda 2500 manatdan çox əməkhaqqı alanlar üçün icbari tibbi sığorta haqqı dəyişir - 29.12.2025
Azərbaycanda həbsdə olan əcnəbilərə tibbi xidmətlərin göstərilmə qaydası müəyyənləşib
“Operativ Məlumat Mərkəzi - OMM ” xəbər verir ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib.
Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Qırx beş nəfərlik tibbi personalın olduğu hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.
İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb.
Təyarələrin heyəti 41 nəfərdən ibarətdir. Onların 34 nəfəri tibbi personaldır.