Əsas məzmuna keç

Azərbaycan sərhədini pozan şəxs əmrə tabe olmayıb, İrana qaçıb

Azərbaycan sərhədini pozan şəxs əmrə tabe olmayıb, İrana qaçıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları ümumi çəkisi 8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Dövlət Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları ümumi çəkisi 8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ərazisinə keçirilməsinin qarşısını alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət xidmətindən məlumat verilib.

Beklə ki, “Göytəpə” və “Xudat” sərhəd dəstələrində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu və 1 nəfər bələdçi sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Mayın 9-da saat 07:00 radələrində Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Merrouche Ebdelouahab saxlanılmışdır.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsə bələdçilik edən Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü Məmmədov İlham İsaxan oğlu müəyyən edilərək istintaqa cəlb edilmişdir.

May ayının 10-da saat 01:40-da Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı 1988-ci il təvəllüdlü Şirəliyev Aqil Məhəmməd oğlu saxlanılmışdır.

May ayının 11-də saat 21:45-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunmuşdur.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucusu geriyə, İran ərazisinə qaçmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqram marixuana aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…