Əsas məzmuna keç

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Azeri Light dəyəri kəskin yüksəldi. Brent və SOCAR-ın AÇG yataqları üzrə son rəqəmlər bəlli oldu. Büdcə proqnozunu üstələyən rekord artımın səbəbləri və detalları:

en ru

Dünya bazarında "Azeri Light" markalı neftinin 1 barelinin qiyməti 7,55 dolları və ya 6,6 % artaraq 121,25 ABŞ dolları təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hərracların nəticələrinə görə, "" markalı neftin may fyuçerslərinin qiyməti 117,49 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,17 ABŞ dolları və ya 6,7 % artaraq 114,41 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin () payı 31,65 %-dir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 07.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…