UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında oyun başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kaunas şəhərində oynanılan matçda qalib müəyyənləşməyib - 1:1. Yığmamızın heyətində qolu 14-cü dəqiqədə Mahir Emreli vurub.
Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümünə heç-heçə ilə başlayıb.
Qeyd edək ki, yığma qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.