Əsas məzmuna keç

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı idarə edəcək əcnəbi referilərin adları açıqlandı. Futbol azarkeşlərini hansı sürprizlər gözləyir?

en ru

UEFA Millətlər Liqasının D Divizionunda Bakıda və yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Qustavo Korreya olacaq. Ona yan xətt hakimləri Filipe Noqeyra Diaş və Andre Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR hakimi Brunu Esteveş, onun köməkçisi Ana Klaudiya Silva Ribeyru olacaq.

Qeyd edək ki, oktyabrın 4-də “8-ci kilometr” stadionunda keçiriləcək Azərbaycan - Litva oyunu saat 17:00-da başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…