Əsas məzmuna keç

Azərbaycan Əfqanıstanda görüşə qatılır

Azərbaycan Əfqanıstanda görüşə qatılır

Kabil şəhərində keçiriləcək beynəlxalq toplantıda rəsmi Bakını kimlər təmsil edəcək? Regionda sabitliyin bərpası üçün müzakirə olunacaq əsas məqamlar açıqlandı.

ru en

Əfqanıstanın paytaxtı Kabildə iyunun 16-da Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "ToloNews" Əfqanıstanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Bildirilib ki, tədbirdə Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın nümayəndələri iştirak edəcək.

Görüşün gündəliyinə regional və sabitlik, iqtisadi , eləcə də regional qarşılıqlı bağlılığın genişləndirilməsi məsələləri daxil ediləcək.

Əfqanıstan XİN-dən qeyd edilib ki, tədbirin məqsədi regional qarşılıqlı fəaliyyətin gücləndirilməsi və region ölkələri arasında ticarət, tranzit və investisiyaların genişləndirilməsi imkanlarının öyrənilməsidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…