Əsas məzmuna keç

Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent esse yaza bilmir

Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent esse yaza bilmir

"Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik". Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr...

"Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik".

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu elm və təhsil naziri Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik:

"Bu yaxınlarda və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik. Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir. Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dilindən imtahanda nəticə göstərən bir səhifəlik esse yaza bilmir".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…