Azərbaycan çempionu iki ildə dördüncü kluba keçib

Azərbaycan çempionu iki ildə dördüncü kluba keçib
17.04.2023 10:18
Aa
dəq

“Neftçi”nin sabiq futbolçusu Tallison Dias Azərbaycan təmsilçisindən ayrıldıqdan sonra iki il ərzində dördüncü kluba keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 32 yaşlı müdafiəçi ölkəsi Braziliyanın ASA komandasına qayıdıb.

Sol cinah oyunçusu Braziliyanın D seriyasında mübarizə aparan ASA ilə artıq rəsmi müqaviləyə qol çəkib. Adıçəkilən komanda, eyni zamanda, Tallisonun ilk peşəkar klubudur.

Tallison 2021-ci ilin yayında “Neftçi”dən ayrıldıqdan sonra ardıcıllıqla “Santo Andre”, ASA və “Portuquesa”nın formasını geyinib. Ümumilikdə isə o, karyerasında 16-cı dəfə komandasını dəyişib.

Qeyd edək ki, Dallison Dias 2020/2021 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan Premyer Liqasında 18 oyun keçirib və ölkə çempionluğunu qazanıb.

Həftənin ən çox oxunanları