Operativ Məlumat Mərkəzi

"Karvan-Yevlax"ın futbolçusu açıqlamasına görə cəza alıb, kluba cərimələr tətbiq edilib

1 dəq
Paylaş:
"Karvan-Yevlax"ın futbolçusu açıqlamasına görə cəza alıb, kluba cərimələr tətbiq edilib
{"az":"AFFA İntizam Komitəsi \"Karvan-Yevlax\" klubunun futbolçusu Vadim Abdullayevi 1 oyunluq cəzalandırıb. \"Operativ Məlumat Mərkəzi-OMM\"-in məlumatına görə,...","en":"","ru":""}

AFFA İntizam Komitəsi "Karvan-Yevlax" klubunun futbolçusu Vadim Abdullayevi 1 oyunluq cəzalandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, buna yarımmüdafiəçinin "Kəpəz"ə uduzduqları Misli Premyer Liqasının XII turunun oyunundan sonra mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verməsi səbəb olub.

Yevlax təmsilçisi sözügedən qarşılaşmada 5 oyunçusu sarı vərəqə gördüyü üçün 700 manat ödəyəcək. Bölgə klubu matç zamanı meydana kənar şəxslərin daxil olması ucbatından 2500, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 2000, fanatların hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən 5000 manat ziyana düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər