Əsas məzmuna keç

Azərbaycan-ABŞ əlaqələri necə dəyişir? - Yeni strateji dövr

Azərbaycan-ABŞ əlaqələri necə dəyişir? - Yeni strateji dövr

İlham Əliyev və ABŞ vitse-prezidentinin görüşü, imzalanan Strateji Tərəfdaşlıq Xartiyası nəyi dəyişir? Deputat Vasif Qafarov mühüm diplomatik gedişləri təhlil edir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

" Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti arasında keçirilən görüş və səsləndirilən birgə bəyanatlar ölkəmizin xarici siyasətində mühüm və yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir".

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov səsləndirib.

photo_296560.webp

Deputat bildirib ki, sözügedən görüş təkcə protokol xarakteri daşımır, əksinə, Azərbaycan–ABŞ münasibətlərinin daha dərin və strateji mərhələyə daxil olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, ABŞ kimi qlobal siyasi və iqtisadi gücün Azərbaycanla münasibətlərə bu kontekstdə yanaşması ölkəmizin artan beynəlxalq nüfuzunun və geosiyasi əhəmiyyətinin bariz göstəricisidir.

V.Qafarov vurğulayıb ki, son illər Azərbaycan müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət modeli ilə seçilir:

“Dövlətimiz heç bir güc mərkəzindən asılı olmadan, milli maraqları əsas götürərək həm Qərb, həm də Şərq istiqamətində paralel və bərabərhüquqlu münasibətlər qurur. İlham Əliyevin münasibətlərin “tamamilə yeni mərhələyə” daxil olduğunu vurğulaması məhz düşünülmüş və ardıcıl diplomatiyanın nəticəsidir”.

photo_314270.webp?v=MTA6MTEyMDI2LTAyLTExIDE2OjAyOjU5

Deputat qeyd edib ki, görüş çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətlərin sistemli və uzunmüddətli əsaslarla inkişaf etdiriləcəyini göstərir. Onun fikrincə, bu sənəd Azərbaycanın təhlükəsizlik maraqlarının möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə ABŞ investisiyalarının və qabaqcıl texnologiyalarının ölkə iqtisadiyyatına cəlb olunması qeyri-neft sektorunun inkişafına və iqtisadi dayanıqlığın artırılmasına töhfə verəcək.

V.Qafarov Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı rola da diqqət çəkib. O bildirib ki, Cənub Qaz Dəhlizi kimi strateji layihələr Avropanın enerji təhlükəsizliyinə real töhfələr verib və ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirib. Deputatın sözlərinə görə, ABŞ ilə münasibətlərin yeni mərhələyə daxil olması bu rolun daha da gücləndiyini göstərir.

Eyni zamanda, Azərbaycanın və logistika imkanlarının da geostrateji əhəmiyyəti artırdığı qeyd olunub. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın regionun əsas tranzit mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir. Deputat hesab edir ki, ABŞ ilə əməkdaşlığın genişlənməsi bu sahədə də yeni perspektivlər açacaq.

photo_314259.webp?v=MTA6MTIyMDI2LTAyLTExIDE1OjE0OjA3

Vasif Qafarov həmçinin ABŞ tərəfinin Azərbaycan– sülh prosesi ilə bağlı mövqeyini yüksək qiymətləndirib. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar Azərbaycanın güclü siyasi iradəsi və diplomatik təşəbbüsləri nəticəsində sülh müstəvisinə daşınıb və beynəlxalq hüquqa əsaslanan sülh modeli artıq beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir.

Deputatın sözlərinə görə, bütün bu proseslər Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsinə xidmət edir və ölkəmiz sabitlik yaradan, etibarlı və uzunmüddətli əməkdaşlığa sadiq tərəfdaş kimi qəbul olunur.

Sonda V.Qafarov vurğulayıb ki, Prezident İlham Əliyev ilə ABŞ-nin vitse-prezidenti arasında keçirilən görüş və imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın milli maraqlarına uyğun xarici siyasət kursunun növbəti uğurlu təzahürüdür və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsinə töhfə verəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…