Əsas məzmuna keç

Azərbaycanda yanvarın 25-nə gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda yanvarın 25-nə gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda yanvarın 25-də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Milli...

en ru

Azərbaycanda yanvarın 25-də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi ərazilərdə zəif duman və az çiskin ehtimal olunur. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1–4 dərəcə isti, gündüz isə 5–8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70–80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.

Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6–10 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5–10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ehtimal olunur.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…