Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AZAL təyyarəsinin vurulması: Bakı Rusiyadan rəsmi təzminat tələb edir

2 dəq
Paylaş:
AZAL təyyarəsinin vurulması: Bakı Rusiyadan rəsmi təzminat tələb edir

AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın naziri Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, 2025-ci ilin oktyabr ayında liderləri arasındakı görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş tədbirlər mütləq görülməlidir:

"Təyyarənin vurulması Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş verib. Gözləntimiz ondan ibarətdir ki, buna dair bütün zəruri addımlar atılacaq, hadisəyə hüquqi qiymət veriləcək və kompensasiyalar ödəniləcək".

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı- reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax