Əsas məzmuna keç

Azad olunmuş ərazilərdə aşkarlanan narkotik xassəli bitkilərin miqdarı açıqlanıb

Azad olunmuş ərazilərdə aşkarlanan narkotik xassəli bitkilərin miqdarı açıqlanıb

bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub....

2023-cü ildə işğaldan azad olunmuş ərazilərdə məhv edilən narkotik xassəli bitkilərin ümumi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.

Hesabata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən yerli şöbələri ilə birlikdə Laçın rayonunda 18427 ədəd, Kəlbəcər rayonunda 3212 ədəd, Qubadlı rayonunda 1677 ədəd halda narkotik tərkibli çətənə kolu aşkarlanaraq məhv edilib.

Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti mütəxəssislərin iştirakı ilə Zəngilan rayonunda 20630 ədəd, Xocavənd rayonunda 11144 ədəd, Füzuli rayonunda 4665 ədəd, Xocalı rayonunda 2168 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkar olunaraq aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məhv edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…