Sosial mediada "BakıKart" adı altında saxta səhifələr açılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
Agentlik bəyan edib ki, bu səhifələr “4 AZN ödəyərək 6 ay pulsuz istifadə” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.
"Təhlükəsizliyinizi qoruyun:
• Rəsmi "BakıKart" səhifələrini izlədiyinizə əmin olun.
• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.
Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!
Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!", - deyə açıqlamada qeyd olunub.