Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avstraliya Hörmüz boğazı planında ABŞ-ni dəstəkləməyəcək

2 dəq
Paylaş:
Avstraliya Hörmüz boğazı planında ABŞ-ni dəstəkləməyəcək

hökuməti boğazının blokadası ilə bağlı ABŞ-nin mümkün planlarına qoşulmağı düşünmədiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstraliya və ticarət nazirinin müavini Mett Tistletveyt “Sky News”a müsahibəsində danışıb.

O bildirib ki, Avstraliya hökuməti belə bir blokadada iştirak etməyi planlaşdırmır və mövqeyi dəyişməz qalır.

Nazir müavini qeyd edib ki, münaqişənin həlli üçün ən doğru yol danışıqlardır: “Biz inanırıq ki, davamlı sülhə nail olmağın ən yaxşı yolu bu məsələnin danışıqlar yolu ilə həll edilməsidir”.

Tistletveyt həmçinin ABŞ-İran danışıqlarının nəticəsiz qalmasından məyus olduqlarını vurğulayıb və dialoqun bərpasına çağırıb.

Avstraliya Entoni Albanese də məsələ ilə bağlı bildirib ki, ölkəsinə ABŞ-dan belə bir iştirakla bağlı heç bir müraciət daxil olmayıb və rəsmi Kanberranın bu prosesə dəvət olunacağı gözlənilmir.

Eyni zamanda, Yaponiya Nazirlər Kabinetinin Minoru Kihara da Hörmüz boğazı ilə bağlı ABŞ təşəbbüsündə iştirak barədə hələlik qərar verilmədiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl bəzi NATO ölkələrinin bu prosesdə Vaşinqtona dəstək vermək istədiyini iddia edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax