Operativ Məlumat Mərkəzi

Avstraliya husiləri terrorçular siyahısına salıb

2 dəq
Paylaş:
Avstraliya husiləri terrorçular siyahısına salıb

Avstraliya hökuməti Yəməndəki Ənsarullah (Husi) hərəkatını terror təşkilatları siyahısına salıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstraliya Milli Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 2024-cü il mayın 24-dən etibarən Ənsarullah hərəkatı sanksiyalara məruz qalıb, o cümlədən təşkilata və onun rəhbərlərinə məxsus aktivlərin dondurulması, həmçinin Avstraliyaya giriş qadağası var.

Ölkənin baş prokuroru Mark Dreyfusun sözlərinə görə, “Ənsar Allah”ın terror təşkilatı siyahısına salınmasının səbəbi “Ədən körfəzi və ətraf bölgədə şiddətli hücumlar, girov götürülmə və dəniz ətrafındakı sularda naviqasiya qaydalarının ciddi şəkildə pozulmasıdır.

Hazırkı Avstraliya qanunu terror təşkilatına yardımı cinayət hesab edir. Belə bir təşkilata üzv olmaq, onun üzvləri ilə ünsiyyət qurmaq və ya yardım göstərmək 25 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qəzza zolağında münaqişənin şiddətlənməsinə cavab olaraq husilər İsrail ərazisinə hücum etmək və əməliyyatın sonuna qədər Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından müvafiq gəmilərin keçidini əngəlləmək niyyətlərini açıqlayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər