Yeni sorğuya görə, avstraliyalıların 75 faizi Çinin yaxın 20 ildə Avstraliya üçün hərbi təhlükə olacağını düşünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyadakı Lou İnstitutu martda 2077, apreldə isə 4469 beynəlxalq münasibətlərə dair geniş sorğu keçirib.
Sorğunun nəticələri göstərib ki, avstraliyalıların 44 faizi Çini iqtisadi tərəfdaş, 52 faizi isə Pekini təhlükəsizliyə təhdid kimi görür.
Avstraliyalıların 74%-i isə ABŞ ilə ittifaqın müharibəyə səbəb olacağını düşünür.