Operativ Məlumat Mərkəzi

Avropa Liqasının qalibi müəyyənləşdi

1 dəq
Paylaş:
Avropa Liqasının qalibi müəyyənləşdi
{"az":"həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib. İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş...","en":"","ru":""}

UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib.

İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutan görüşdə London təmsilçisi 1:0 hesabı ilə qalib gələrək əsas mükafata sahib çıxıb.

Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson "qırmızı şeytanlar"ın qapısından keçirib.

Bununla da "Tottenhem” tarixi ərzində üçüncü dəfə turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər