Operativ Məlumat Mərkəzi

Avropa Komissiyası Britaniya ilə müdafiə müqaviləsi bağlamayacaq

2 dəq
Paylaş:
Avropa Komissiyası Britaniya ilə müdafiə müqaviləsi bağlamayacaq
{"az":"bu barədə “Politico” nəşri məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər yayıb. Mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası Londonla razılıq...","en":"","ru":""}

Avropa Komissiyası Böyük Britaniyanın Avropa İttifaqının müdafiə fonduna (SAFE) qoşulmasına imkan verəcək razılaşmanın yaxın vaxtlarda əldə olunacağını gözləmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” nəşri məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası Londonla razılıq əldə etmək üçün 19 noyabr axşamını son tarix kimi müəyyənləşdirib. Lakin danışıqlar nəticəsiz qalıb. Danışıqlarda iştirak edən, adı açıqlanmayan Avropa diplomatlarından biri prosesi “gərgin” adlandırıb.

Diplomatların sözlərinə görə, Brüssel Böyük Britaniyadan 4,5–6,5 milyard avro aralığında ianə tələb edib. London isə bunun müqabilində cəmi 200–300 milyon avro təklif edib. Bəzi rəsmilər Britaniyanın ilkin təklifinin daha da az olduğunu qeyd ediblər. Məlumata görə, eyni məsələ ilə bağlı Kanada ilə aparılan danışıqlar isə daha sakit şəkildə davam edir.

Qeyd edək ki, Avropa İttifaqı Böyük Britaniyanın silah alışı üçün nəzərdə tutulan 150 milyard avroluq “Avropa üçün Təhlükəsizlik Fəaliyyəti” (SAFE) fonduna çıxışını məhz bu ianənin ödənilməsi şərti ilə bağlayıb.

London isə tələb olunan məbləği “ağlabatan səviyyədən yüksək” adlandırır və bunun Böyük Britaniyanın fonda çıxış üçün ödəməyə hazır olduğu məbləği xeyli aşdığını bildirir.

Böyük Britaniyanın müdafiə naziri Con Heli məsələ ilə bağlı açıqlamasında bildirib:

“Böyük Britaniya Aİ müdafiə fondunun bir hissəsi olmaq istəyir, amma heç bir şərtlə yox”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər