Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı "müharibə iqtisadiyyatına" qismən keçidi elan etdi

1 dəq
Paylaş:
Avropa İttifaqı "müharibə iqtisadiyyatına" qismən keçidi elan etdi
bu barədə Aİ-nin daxili bazar komissarı Tyerri Breton RMC radiostansiyasının efirində bildirib. O, Aİ-də Ukrayna üçün təhlükəli dövrün başlandığını,...

Ukrayna çətin vəziyyətdədir və Avropa İttifaqı artıq qismən “müharibə iqtisadiyyatı”na keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ-nin daxili bazar komissarı Tyerri Breton RMC radiostansiyasının efirində bildirib.

O, Aİ-də Ukrayna üçün təhlükəli dövrün başlandığını, ittifaq daxilində seçkilərin keçirildiyini və yaxın vaxtlarda ABŞ-da seçkilərin başlayacağından danışıb.

"Bu, Rusiyanın irəliləməsinə imkan yaradır. Buna görə də Avropa silah və sursat sahəsində subsidiyaları “çox əhəmiyyətli dərəcədə” artırmaq qərarına gəldi".

Komissar qeyd edib ki, hazırda Aİ Ukraynaya kömək məqsədilə üzv ölkələrin ərazisində iki milyon mərmi istehsal etməyi planlaşdırır.

Breton Aİ-nin hərbi sənaye kompleksi ilə bağlı daha çox iş görməli olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər