Əsas məzmuna keç

Avropa İttifaqı Gürcüstanın inteqrasiya prosesini dayandırıb

Avropa İttifaqı Gürcüstanın inteqrasiya prosesini dayandırıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi dayandırılıb. Bu barədə Aİ-nin bu ölkədəki səfiri Pavel Qerçinski məlumat verib. Onun sözlərinə...

Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ-nin bu ölkədəki səfiri Qerçinski məlumat verib.

Onun sözlərinə görə, hökumətinin niyyətləri Aİ liderləri üçün aydın deyil.

Diplomat əlavə edib ki, Xarici Təsirdə Aktı açıq şəkildə geriyə doğru bir addımdır.

“Bundan əlavə, anti-Qərb, anti-Avropa ritorikası elan edilmiş Aİ-yə daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda Gürcüstanın Aİ-yə qəbulu dayandırılıb”,- deyə o bildirib.

Bundan əvvəl Qerçinski bildirmişdi ki, Avropa İttifaqı xarici agentlər haqqında qanuna görə Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…