Keçmiş Almaniya kəşfiyyat rəhbəri ilə bağlı istintaq Azərbaycanla əlaqəli deyil.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, məlumatlı mənbələr AnewZ-ə bildiriblər ki, Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Avqust Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Mənbələrin sözlərinə görə, Almaniya kəşfiyyat orqanları Azərbaycan tərəfinə işin digər ölkələrlə bağlı olduğunu bildiriblər.
Bildirilir ki, Hanninqin əldə etdiyi iddia olunan məxfi materiallardan əsas materialları üçüncü tərəflərə ötürmədən analitik hesabatlar hazırlamaq üçün özü istifadə edib.
Almaniya prokurorları xarici kəşfiyyat xidmətlərinin və ya əlaqəli ölkələrin adlarını açıqlamayıb.
Azərbaycan Media və Yayım Şurası isə ölkəni bu işlə əlaqələndirən məlumatları dezinformasiya adlandırıb.