ABŞ-nin müdafiə naziri Lloyd Austin yanvarın 1-də xəstəliyi və xəstəxanaya yerləşdirildiyi barədə Ağ Evə niyə dərhal məlumat vermədiyi ilə bağlı Konqresə ifadə vermək üçün çağırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Belə ki, ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers dünən Ostinə məktub göndərərək ondan fevralın 14-də məsələ ilə bağlı ifadə verməsini istəyib.
Ostinə göndərilən 4 səhifəlik məktubda milli təhlükəsizlik sahəsində hər kəsin müdafiə nazirinin əlçatanlığına və şəffaflığına güvənə bilməsi lazım olduğuna diqqət çəkilərək, “Təəssüf ki, son dövrlərdə bu keyfiyyətləri nümayiş etdirmədiniz", - deyə qeyd olunub.