Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müvəqqəti direktor təyin olunub

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müvəqqəti direktor təyin olunub
02.06.2023 13:28
Aa
dəq

Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru vəzifələrini icra edən təyin olunub.

AMEA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bu münasibətlə keçirilən yığıncaqda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevi institutun Elmi şurasına təqdim edib.

Fərhad Quliyev bundan əvvəl AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasına rəhbərlik etmiş, Elmi fond və ekspozisiya şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycan arxeoloqlarının Yaponiya və Koreya birgə ekspedisiyalarına rəhbərlik etmiş, Türkiyə arxeoloqları ilə ortaq tədqiqatlar aparıb. Göytəpə neolit arxeoloji abidəsinin üzə çıxarılması və tədqiqində onun mühüm elmi nailiyyətləri var.

Xarici ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda Azərbaycan arxeologiyasına aid məqalələri çap olunub. Ölkəmizdə 2 və xaricdə 2 kitabı nəşr edilib.

Təqdimetmə mərasimində institutun əməkdaşlarından professor Hidayət Cəfərov, professor Qafar Cəbiyev, professor Əsədulla Cəfərov və başqaları çıxış ediblər.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Həftənin ən çox oxunanları

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu