Operativ Məlumat Mərkəzi

"Arsenal" və "Çelsi" Dembeleni transfer etmək istəyir

1 dəq
Paylaş:
"Arsenal" və "Çelsi" Dembeleni transfer etmək istəyir
bu barədə “Todofichajes” məlumat yayıb. Mənbənin məlumatına görə, Londonun “Arsenal” və “Çelsi” klubları, eləcə də “Nyukasl” futbolçunun transferində...

PSJ-nin və Fransa millisinin hücumameyilli yarımmüdafiəçisi Usman Dembele karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, Londonun “Arsenal” və “Çelsi” klubları, eləcə də “Nyukasl” futbolçunun transferində maraqlıdır.

Xatırladaq ki, Dembele 2023/2024 mövsümü başlamazdan əvvəl 50 milyon avroya Kataloniya "Barselona"sından Paris nəhənginə keçib. Futbolçu ilə 2028-ci ilin iyun ayının sonuna kimi uzunmüddətli müqavilə imzalanıb.

Cari Fransa çempionatında 26 yaşlı cinah yarımmüdafiəçisi yeddi oyun keçirib və iki məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər