“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.
Mənbənin məlumatına görə, vasitəçilər 28 yaşlı futbolçunun xidmətlərini İngiltərənin aparıcı klublarına — “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem”ə təklif ediblər.
Olmo ilə bağlı danışıqlar
Klublara transferin yanvar ayında mümkün olduğu bildirilib. Bununla belə, hazırda “Barselona”ya Dani Olmo üçün heç bir rəsmi təklif daxil olmayıb.
Olmo cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla səkkiz oyunda iştirak edib və üç məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı ispan futbolçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.