ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü gecə saatlarında verdiyi bəyanatda İran ərazisinə qarşı hərbi zərbələrin endirilməsinin hələ də davam etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hərbi əməliyyatlar planlaşdırılmış qaydada icra olunur.
"Xinhua" agentliyinin yaydığı xəbərdə qeyd olunur ki, rəsmi dairələr hücumların miqyası və hədəf alınan nöqtələr barədə hələlik geniş təfərrüat verməyiblər.