Əsas məzmuna keç

İranda ABŞ və İsrailin zərbələri nəticəsində ölənlərin sayı 787-yə yüksəlib

İranda ABŞ və İsrailin zərbələri nəticəsində ölənlərin sayı 787-yə yüksəlib

İran Qırmızı Aypara Cəmiyyəti ölkə ərazisinə endirilən hərbi zərbələr nəticəsində insan itkiləri ilə bağlı son rəqəmləri açıqlayıb.

en ru

İranda və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərin sayı 787 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı İran Qırmızı Aypara Cəmiyyəti yayıb.

Xilasedicilərin rəsmi bəyanatında bildirilir ki, ölkənin 153 şəhər dairəsi hücumlara məruz qalıb.

Əvvəlki məlumatlarda ölənlərin sayının 555 nəfər olduğu qeyd edilsə də, son araşdırmalar itkilərin daha böyük olduğunu üzə çıxarıb.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail qüvvələri İranın müxtəlif bölgələrinə, o cümlədən paytaxt Tehrana zərbələr endirməyə başlayıb. Hücumlar nəticəsində mülki əhali arasında itkilərin olduğu və infrastrukturun ciddi zərər gördüyü bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…