Küveyt ordusunun Baş Qərargahı rəsmi olaraq bildirib ki, Silahlı Qüvvələr hazırda ölkənin hava məkanına daxil olmuş pilotsuz uçuş aparatlarının (PUA) raket zərbələri dalğasını dəf edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat Küveytin Baş Qərargahının "X" sosial şəbəkəsindəki hesabında paylaşılıb.
Məlumatda qeyd olunub ki, Küveytin Silahlı Qüvvələri PUA-ların qarşısının alınması üzrə aktiv manevrlərə davam edir.
"Baş Qərargah ölkənin ərazilərinin və hava məkanının müdafiəsinin, eləcə də vətəndaşların və sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün istənilən təhdidlərə qarşı tam hazırlığı təsdiq edir", - deyə bəyanatda vurğulanıb.