Əsas məzmuna keç

Küveyt İranın hücum cəhdinin qarşısını aldığını açıqlayıb

Küveyt İranın hücum cəhdinin qarşısını aldığını açıqlayıb

Kuveyt ordusu hava məkanını pozmağa çalışan 2 ballistik raket və 13 PUA-nın zərərsizləşdirildiyini bildirib.

en ru

Silahlı Qüvvələri ölkənin hava məkanına yönəlmiş raket və pilotsuz uçuş aparatlarının sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Küveyt məlumat yayıb.

Məlumata görə, nazirliyin sözçüsü polkovnik Suud Əbdüləziz əl-Atvan bildirib ki, səhər saatlarında ölkənin hava məkanına daxil olmağa cəhd edən 2 və 13 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Bildirilib ki, hadisə nəticəsində hər hansı maddi ziyan qeydə alınmayıb, xəsarət alan olmayıb.

Nazirliyin açıqladığı statistikaya əsasən, fevralın 28-dən etibarən Küveytin hava hücumundan müdafiə qüvvələri ümumilikdə 906 pilotsuz uçuş aparatını, 383 raketi və 15 qanadlı raketi zərərsizləşdirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…