srail ordusu Livanın cənubunda yeni hərbi zərbələr həyata keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, zərbələr Livanın cənubundakı bir neçə ərazidə yerləşən Hizbullaha məxsus infrastruktur obyektlərini hədəf alıb.
Ordunun məlumatına görə, əməliyyatlar təhlükəsizlik təhdidlərinin qarşısını almaq məqsədilə həyata keçirilib.